Xəbər lenti

Azərbaycan torpaqlarının qaytarılması necə olacaq? - Rusiyadan baxış
Siyasət 18:14 16.10.2018

Azərbaycan torpaqlarının qaytarılması necə olacaq? - Rusiyadan baxış

Azərbaycan torpaqlarının qaytarılması (birinci mərhələdə söhbət Dağlıq Qarabağ ətrafındakı rayonlardan gedir - red.) bu məqsədlə müvafiq komissiya formalaşdıran beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə baş verməlidir.

Ehtimal olunur ki, məhz həmin komissiyanın tərkibinə Minsk qrupunun Dağlıq Qarabağ üzrə nümayəndələri daxil olmalıdır.

Qaynarinfo xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Q.V.Plexanov adına Rusiya İqtisadi Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib. 

Onun sözlərinə görə, istisna deyil ki, bu komissiyada BMT nümayəndələri, ən başlıcası, "BMT-Xabibat”ın üzvləri (Yaşayış məntəqələri üzrə BMT proqramı - red.) iştirak edə bilərlər. 

"Rəsmi Bakı bu proqramın nümayəndələrinə onun balansına verilən ərazinin inkişafı ilə bağlı proqramı təqdim etməlidir”, - müsahibimiz bildirib. 

Perenciyevin fikrincə, ərazilərin ATƏT-in Minsk qrupunun və "BMT-Xabibat”ın iştirakı ilə qaytarılması zamanı deyilən ərazidə daşınmaz əmlakın və torpaqların inventarlaşdırılması həyata keçirilir ki, bununla onların vəziyyəti qeydə alınır.

"Bundan başqa, ətraf mühitin ekoloji durumu və digər amillər nəzərə alınır. Ola bilsin ki, torpaqların təhvil verilməsi aktı gələcəkdə Azərbaycanın iqtisadi, ekoloji, infrastruktur və digər elementlərlə bağlı zərərə görə kompensasiya üçün beynəlxalq məhkəmə qarşısında iddia qaldırmasına yardım etsin”, - ekspert əlavə edib. 

Müsahibimiz diqqətə çatdırıb ki, bu prosesdə ərazilərdə vəziyyətinin qiymətləndirilməsi və onların qaytarılması aktının legitimləşdirilməsi üçün erməni tərəfi də iştirak etməlidir.

"Ehtimal edirəm ki, bu prosesdə beynəlxalq hüquq sahəsində mütəxəssislərlə yanaşı, ekoloqlar, memarlar, humanitar problemlərlə bağlı insanlar və s. iştirak etməlidir”, - Perenciyev qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->