"Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində Türkiyə bayrağı altında, bu ölkənin heç vaxt istifadə etmədiyi rus T-90S tankı görünüb”.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiyanın avia.pro saytı yazıb. Sayt ehtimal edib ki, tankı Türkiyə Suriyadakı hərbi əməliyyatlarda hərbi qənimət kimi ələ keçirmiş ola bilər. Sayt xatırladır ki, Ankara Suriyada, əsasən kürdlərdən ibarət olan "Suriya Demokratik Qüvvələri" ilə hərbi əməliyyatlar keçirib.
"Ola bilsin ki, Türkiyə Rusiya T-90 tankını ələ keçirib, təmir edərək orduya qəbul edib, çünki bu döyüş maşınının özünəməxsus döyüş qabiliyyəti var", - saytın mənbəsi bildirib.
Digər Rusiya KİV-lərinə və onların mənbələrinə görə, T-90S Azərbaycanın ola bilər və tankın üstündə qaldırılan Türkiyə bayrağı beynəlxalq heyətə işarədir. Avia.pro mütəxəssisləri də qeyd edirlər ki, Türkiyə ordusu bir rus tankını idarə etmək bacarığına sahib deyil.
Türkiyə və Azərbaycan döyüş vasitəsinin kimə məxsus olması barədə heç bir şəkildə açıqlama verməyib, - sayt yazır.
Alpər
Şərhlər