Azərbaycanın Yer səthinin müşahidəsi üçün peykinin aşağı Yer orbitinə çıxarılması layihəsinin hazırlanması üzrə işlər artıq tamamlanıb.
«APA-Economics»in xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir açıqlayıb ki, Azərbaycanın Yer səthinin müşahidəsi üçün peykin tikintisinə dair tender artıq elan olunub.
Qeyd edək ki, Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı Yer orbitinə çıxarılması 2015-ci ilə planlaşdırılıb. İkinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə nəzərdə tutulub.
Qaynar.info
Şərhlər