Xəbər lenti

Azərbaycana gətirilən “halal” məhsullar yoxlanacaq
Ekonomiks 15:19 03.04.2014

Azərbaycana gətirilən “halal” məhsullar yoxlanacaq

“Bu, bizim milli standartımızdır”.

Xaricdən Azərbaycana gətirilən “Halal” markası ilə istehsal olunan məhsullar AZS 731-2012 (OİC/SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun tənzimlənəcək.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

“Bu, bizim milli standartımızdır və beynəlxalq standartın əsasında tətbiq olunub. Bunun üçün də istər Azərbaycanda, istərsə də xaricdə istehsal olunan məhsullar bu standarta uyğun olmalıdır”, - deyə o bildirib.

R.Həsənov deyib ki, əgər hansısa şirkət Azərbaycana “Halal” markası ilə məhsullar idxal edəcəksə, onların bununla bağlı sertifikatı olmalıdır:

“Bu sertifikatın əsasında Komitə tərəfindən araşdırmalar aparılacaq və onların milli standarta uyğunluğu yoxlanılacaq”.

Qaynar.info 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->