Xəbər lenti

Ekonomiks 00:03 25.07.2013

Azərbaycana yeni qoyunlar gətirilir

Azərbaycana İsveçrədən «Zanezin» cinsindən 4 min baş qoyun gətiriləcək. 

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.

Ç.Fərəcov qeyd edib ki, bu qoyunlar Ağcabədi rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamının sifarişi ilə gətirilir: «Bu cinsdən olan heyvanlar ildə 4 bala verə bilir. Maraqlıdır, bu cinsdən olan keçilər isə ildə 600-800 kq, bəziləri - 1200 kq süd verir».

Nazirlik rəsmisi əlavə edib ki, son illər Azərbaycanda qoyunçuluq sahəsi sürətlə inkişaf edir: «Beyləqanın Tatalılar kəndində çəkisi 120 kq olan qoyun saxlanılır».

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?