"Azərbaycanda koronavirusdan baş verən ölüm hallarının hamısı yanaşı gedən ağır xəstəliklər səbəbindən olub".
Qaynarinfo xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, pasiyentlər arasında 2-90 yaşlı insanlar da var: "Hətta 84 yaşında sağalan xəstəmiz də olub".
TƏBİB sədri vurğulayıb ki, xəstəlik zamanı orqanizmin verdiyi cavabdan çox şey asılıdır.
Şərhlər