2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft mәhsullarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 2124,2 milyon manat olmaqla, әvvәlki ilin yanvar-avqust ayları ilә müqayisәdә 2,2 faiz artıb.
Trend-in məlumatına görə, neft mәhsullarından neft bitumunun istehsalı 2,3 dәfә, sürtkü yağlarının istehsalı 36,1 faiz, dizel yanacağının istehsalı 3,0 faiz, avtomobil benzininin istehsalı 0,8 faiz artıb, neft-kimya sәnayesindә istifadә üçün benzinin istehsalı 12,3 faiz, neft koksunun istehsalı 13,8 faiz, ağ neftin istehsalı 16,9 faiz, yanacaq mazutunun istehsalı 45,1 faiz azalıb.
Şərhlər