Xəbər lenti

Azərbaycanda bu bank adını dəyişir
Ekonomiks 14:13 22.11.2018

Azərbaycanda bu bank adını dəyişir

"Bank Silk Vey” ASC müştərilərinə müraciət edib.

Qaynarinfo-nun "Report”a istinadən məlumatına görə, müraciətdə bildirilir ki, sabahdan etibarən bankın adı dəyişdirilərək "Premium Bank" ASC olacaq. 

Xatırladaq ki, "Bank Silk Vey" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya, 15,2%-i daxil olduğu "Silk Vey Holdinq” MMC-nin tərkibindəki "VİP Aviasiya Xidmətləri” MMC-yə, 0,3%-i isə Elçin Eldar oğlu Əhmədova (Bankın Müşahidə Şurasının sədri) məxsusdur. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->