Xəbər lenti

Azərbaycanda ödənişli yollar tikiləcək
Ekonomiks 14:50 02.05.2013

Azərbaycanda ödənişli yollar tikiləcək

Azərbaycanda ödənişli avtomobil yollarının tikintisi nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu, «Avtomobil yolları haqqında» qanuna nəzərdə tutulan əlavə və dəyişikliklər layihəsində əksini tapıb.

Milli Məclisin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən bu əlavə və dəyişikliklər layihəsinə əsasən, ölkədə  avtomobil yollarının şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədilə ödənişli avtomobil yolları tikilə bilər. Yüksək standartlara və normativlərə uyğun olan ödənişli avtomobil yolları dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan özəl avtomobil yolları əsasında yaradıla bilər. Layihəyə əsasən, ödəniş, körpülər və digər yol qurğuları da daxil olmaqla, bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiq edilə bilər.

Dövlət mülkiyyətində olan avtomobil yollarında gediş haqqı avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->