Xəbər lenti

Azərbaycanda dərmanlar niyə bahadır? (ŞƏRH)
Sağlamlıq 17:02 06.01.2025

Azərbaycanda dərmanlar niyə bahadır? (ŞƏRH)

2025-ci ilin ilk günlərindən Azərbaycanda dərmanların qiymətində əsaslı artım müşahidə edilir. Tarif Şurasının qərarına əsasən, yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Bəs niyə dərman vasitələri ucuzlaşmaq əvəzinə bahalaşır? 

Farmokoloq Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün Azərbaycanda bazarı təmin edəcək miqyasda dərman istehsal etmir:

"Təəssüf ki, istehsal etdiyimiz dərman vasitələri də ümumi bazarın təlabatını 1-2%-ni əvəz edə biləcək qədərdir. Onun da əsas hissəsi köməkçi vasitələrdir. Yəni, əsas dərman vasitələri Azərbaycanda istehsal olunmur. Yaxın bir ildə də istehsal gözləmirəm. Çünki tikinti sahələri var, Azərbaycana şirkətlər cəlb olunub. İnşaat bitdikdən sonra istehsal başlayanda onların müəyyən bir qismi tələb olunan səviyyədə istehsal olunacaq. Amma buna ən azı iki ilə yaxın vaxt lazımdır. Məsələnin ikinci tərəfi başqadır, lap tutaq ki, Azərbaycanda dərman istehsalı var. Amma dərman maddələrinin istehsalının olması qiymətlərin aşağı olması anlamına gəlmir. Həqiqətən də ictimaiyyətdə, səhiyyə təşkilatlarında belə bir gözləntilər varsa, bu, yalnış fikirdir. Niyə? Çünki dərman istehsalı zəncirvari prosesdir. Hər hansı xammalın ölkəyə gətirilməsi və yaxud onun istehsalının dərman forması şəkilində istehsalının təşkil olunması hələ heç nə demək deyil. Bunun üçün ikinci istehsal sahələri gərəkdir. Məsələn, siz antibiotik istehsal edirsiniz. Antibiotikin hər hansı bir formasını, yaxud da ən sadəsini götürək, seftriaksonu Çin və Hindistandan rav material şəkilində alıb, Azərbaycana gətirmək hələ yetərli deyil. Bunun üçün öncə şüşə, qapaq və antibiotikin istehsalında lazım olan digər vasitələr, qapağa qoyulan rezin qapaqcıqların istehsalı lazımdır. Onların istehsalı Azərbaycanda varmı? Varsa da tibbi xarakterli deyil. Bunların istehsalını təşkil etmədən qiymətləri aşağı endirmək mümkün olmayacaq. Çünki bu vəsaitlərin hamısı ölkəyə xaricdən gətirilirsə və idxal olunursa, heç bir halda rəqabətə uyğun qiymətə girə bilmərik".
 


Ekspert bildirib ki, Azərbaycanda bir neçə qida əlavəsi mövcuddur:

"Onlar Azərbaycanın təlabatını ödəyirmi? Ödəmir. Texnologiya köhnədir. Bu bazarın təlabatının çox kiçik bir qismini ödəməyə hazır olan  istehsaldır".
 
Azərbaycanda dərman maddələrinin qiymətlərinin qalxmasına gəlincə, farmakoloq bunun qlobal proses olduğunu qeyd edib:

"İnqridiyentlər, yəni dərman vasitələrinin molekullarının qiymətlərinin pandemiyadan sonra total şəkilində qalması müşahidə olunur. Bu, dünya  bazarında belədir. Azərbaycan da istisna deyil. Bunun da ana səbəblərindən biri pandemiya dövründə daşıma şirkətləri tərəfindən qiymətlərin çox yüksək həddə qaldırılmasıdır. İkinci səbəb siyasi səbəblərdir. Dənizlərdə, bəzi bölgələrdə, məsələn, Qırmızı dənizdə husilərin terror hücumları nəticəsində qiymətlərin artması müşahidə olunur. Yaxud da Rusiya-Ukrayna müharibəsi bazara ciddi təsir göstərdi. Rusiya və Ukrayna ikisi bir yerdə bəzi gübrələrin əsas idxalçılarıdır. Bu gübrələr olmadan natural dərman vasitələrinin yetişdirilməsi qeyri-mümkündür".

Müşfiq Hüseynov səbəblərdən biri kimi yüksək gömrük rüsumunun təyin edilməsini görür:

"Daxili bazarda oyunçuların çox yüksək gəlir faizi əldə etməsidir. Onlar dərman vasitələrini bazara gətirən əsas oyunçulardır. Daxili təlabat üçün nəzərdə tutulmuş dərman preparatlarının Azərbaycanda sertifikatların daşıyıcıları var. Bu dünyanın hər yerində belədir. Onu əlində tutan şirkət məhsulun satış iznini alır və onlar da kifayət qədər yüksək faiz tətbiq edir". 

Ekspert vəziyyətdən çıxış yolunu da göstərib:

"Fikirimcə, dövlət bu işə bir şəkildə əl qoymalıdır. Dövlət qurumu yaradılmalıdır. Məsələn, "Azərfarm", yaxud da AYNA kimi bir dövlət strukturu olmalıdır. Kompleks şəkildə məsələyə yanaşılsa, o zaman ikinci malların istehsalını Azərbaycanda mümkün olar". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->