Xəbər lenti

Tusk: Reaksiya elə idi ki, sanki söhbət
Dünya 13:31 26.10.2025

Tusk: Reaksiya elə idi ki, sanki söhbət "Arsenal" - "Liverpul" matçından gedir

Polşanın Baş naziri Donald Tusk bildirib ki, əgər Kremlin NATO ölkəsinə hücumu baş verərsə, Böyük Britaniya da risk altında olacaq. 

Qaynarinfo xəbər verir ki, o, Britaniya cəmiyyətinin milli təhlükəsizlik məsələlərinə qarşı biganəliyinə görə "şok keçirdiyini” etiraf edib.

"The Times” qəzetinə verdiyi müsahibədə Tusk britaniyalılara xəbərdarlıq edib ki, NATO ilə Rusiya arasında münaqişə baş verəcəyi halda təhlükəsizliklə bağlı "şirin illüziyadan” qurtulmağın vaxtıdır. O, xatırladıb ki, Ukraynaya səfərindən sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer ona Londondakı evinin yandırıldığını və bunun böyük ehtimalla Rusiya kəşfiyyatı tərəfindən təşkil olunduğunu bildirib.

"Məni heyrətə gətirən odur ki, Britaniyada bu hadisə heç kimi təəccübləndirmədi. Reaksiya elə idi ki, sanki söhbət "Arsenal" - "Liverpul" futbol matçından gedir. Amma əgər ruslar belə bir hadisəni təşkil edə bilirlərsə, deməli, onlar hər şeyə qadirdirlər”, deyə Polşa Baş naziri vurğulayıb.

O, əlavə edib ki, Rusiya yeni hipersəsli "Oryeşnik” raketlərini Belarusda və ya Kalininqrad vilayətində yerləşdirərsə, Moskva istənilən Avropa paytaxtına, o cümlədən 3 200 km məsafədəki Londona da nüvə zərbəsi endirə bilər.

Tuskun sözlərinə görə, təhlükə qlobal və ümumbəşəri xarakter daşıyır, xüsusən də texnologiyaların təsiri baxımından:

"Biz artıq hamımız kütləvi kiberhücumların təsiri altındayıq. Polşada dəmir yollarını, xəstəxanaları və digər infrastrukturu sıradan çıxarmağa hazırdırlar. Bu, çox ağrılı ola bilər”.

Baş nazir yekun olaraq vurğulayıb:

"Bu sizin müharibəniz deyil və siz çox uzaqsınız kimi illüziyada yaşamaq olmaz".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->