Xəbər lenti

"Neftçi" qələbə qazandı, Abubakar ilk qolunu vurdu
İdman18:16 26.10.2025

"Neftçi" qələbə qazandı, Abubakar ilk qolunu vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının IX turunda "Neftçi" "Qəbələ" üzərində qələbə qazanıb.
Qaynarinfo xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüş paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi"nin heyətində İfeanyi Metyu (71-ci dəqiqə) və yeni transfer, dünyaca məşhur kamerunlu hücumçu Vensan Abubakar (81-ci dəqiqə) fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "Neftçi" turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. "Qəbələ" isə 5 xalla 10-cudur.
Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə "Sumqayıt"ı (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Sabah" matçı heç-heçə bitib - 2:2.