"Bu istiqamətdə indiyə kimi gerçək, real araşdırmalar aparılmayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bəzi iqtisadçı və deputatlar tərəfindən Azərbaycanda orta ömrün aşağı olması səbəbindən pensiya yaşının aşağı salınması vacibliyinə münasibət bildirərkən deyib. İqtisadçının fikrincə, öncə bu istiqamətdə gerçək araşdırmalar aparılmalı və yalnız bundan sonra konkret qərar verilməlidir:
"Bunun nəticəsində ortaya real, gerçək statistika qoymaq lazımdır. İqtisadiyyatla bağlı statistikanın verdiyi rəqəmlər əsasında araşdırmalar aparıram, bir rəqəmlər o biri rəqəmləri tamamilə təkzib edir. Əslində isə təkzib etməməli, bir sahə üzrə verilən məlumatlar digər məlumatları tamamlamalıdır. Cəmiyyətimiz üçün həssas olan bir məqamda məsələ bir daha dərindən araşdırılmalıdır. Gerçək statistika ortada olandan sonra pensiya yaşı həddini artırmaq, azaltmaq, yoxsa mövcud səviyyədə saxlamağın hansının doğru olub-olmadığı barədə konkret fikir söyləyə bilərik”.
Bununla belə o da hesab edir ki, pensiyaya çıxmaq üçün 65 yaş həddinin müəyyən edilməsi çoxdur:
"Kişilər üçün bu rəqəm 63 yaş, qadınlar üçünsə 60 yaş olmalıdır. Amma məsələnin qəti həlli orta yaş həddinin gerçək olaraq hansı səviyyədə olmasını müəyyənləşdirməkdən keçir”.
Qeyd edək ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı Azərbaycanda orta ömrün aşağı olması səbəbindən pensiya yaşının aşağı salınmasını təklif edib.
Rüfət Sultan
Şərhlər