Azərbaycanda ilk dəfə Telugu (Tollivud) filmi çəkiləcək.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, ekran əsəri Hindistanın Telugu kinematoqrafiyasının iki tanınmış siması - aktyor Ram Charan və rejissor Boyapati Srinunun ilk birgə işi olacaq.
Filmin çəkilişləri 30 gün müddətində Azərbaycanın turizm bölgələrində aparılacaq. Ekran əsəri Bollivudun aparıcı simalarından biri olan Kiara Advani və DVV Danayyanın maliyyə dəstəyi ilə ərsəyə gələcək.
Qeyd edək ki, Hindistanın Heydərəbad bölgəsində çəkilən və Telegu dilində olan filmlər Telegu, digər adı ilə Tollivud olaraq tanınır.
Şərhlər