Azərbaycanda interneti koronavirus iflic edib, yoxsa?.. – Osman Gündüz

Azərbaycanda interneti koronavirus iflic edib, yoxsa?.. – Osman Gündüz

"Provayderlər açıq-aşkar istehlakçıların hüquqlarını pozurlar". 

Bunu Qaynarinfo-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son günlər internetin keyfiyyətinin aşağı düşməsindən danışarkən deyib. O bildirib ki, hər bir vətəndaş keyfiyyətli internet üçün provayderlə müqavilə bağlayır:

"Vətəndaş həmin ödənişin əsasında keyfiyyətli xidmət almalıdır. Açıq-aşkar vətəndaş müqavilədə göstərilən keyfiyyətli xidməti provayderlərdən ala bilmir. Bu, artıq qanun pozuntusudur. Vətəndaş bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, ya da daha ciddi pozuntu varsa, məhkəməyə müraciət etməlidir".

Osman Gündüz internet paketlərinə də aydınlıq gətirib: 

"Hər bir internet paketinin üstündə onun tarifləri göstərilib. Əgər paketin üstündə göstərilən şərtlərlə real vəziyyət üst-üstə düşmürsə, deməli, bu xidməti təklif edənlər istehlakçıları aldadır. Bunun testini keçirmək lazımdır. Bu, eyni zamanda istehlakçıların hüquqlarının pozulmasıdır. Ona görə bununla bağlı ilk öncə xidməti təklif edənin özünə, sonra isə  İqtisadiyyat Nazirliyi yanında istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı quruma müraciət etmək lazımdır. Yaxud da vətəndaş görsə ki, aldadılıb, o zaman məhkəməyə müraciət etsinlər". 

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR