Xəbər lenti

Azərbaycanda karantin rejiminin nə qədər uzadılacağı ilə bağlı açıqlama (VİDEO)
Video 12:00 17.04.2020

Azərbaycanda karantin rejiminin nə qədər uzadılacağı ilə bağlı açıqlama (VİDEO)

"Hazırda həm Azərbaycanda, həm də dünyadakı mövcud vəziyyəti, o cümlədən pandemiyanın yayılma sürətini nəzərə alsaq, karantin rejiminin uzadılması labüddür".

Qaynarinfo xəbər verir ki, bunu REAL-a TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyir.

O, müddətin nə qədər uzadılacağına gəlincə, bunun xəstəliyin gedişatdan asılı olduğunu, vəziyyətin dəyərləndirilməsindən sonra məlum olacağını deyir. TƏBİB-in rəsmisi rejimin qısa müddət uzadılacağını güman edir.

Karantin qaydalarının yumşaldılmasına gəlincə, bunun üçün yalnız Azərbaycanda yox, eyni zamanda dünyada xəstəliyə səbəb olan virusun yoluxma qabiliyyəti zəifləməlidir.

Eyni zamanda xəstəliyə yoluxmuş insanların kliniki vəziyyəti kritik olmamalıdır. Vasif Əliyev yalnız bundan sonra karantin vəziyyətində müəyyən yumşalmaların ola biləcəyini deyir.

O ki qaldı ölkəmizdə xəstəliyin pik həddinə çatacağı vaxta, TƏBİB-in rəsmis bunu müəyyən etməyin mümkün olmadığını deyir. Çünki Azərbaycanda ciddi karantin rejimi mövcuddur və xəstəlik nəzarət altındadır:

Qeyd edək ki, indiyə qədər ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfəri vəfat edib, 808 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->