Yasamalda binanın zirzəmisi qanunsuz zəbt olunub? (VİDEO)
Paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani, 70 ünvanında yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, onların yaşadıqları binanın altındakı zirzəmi bəzi şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunub.
Plan üzrə həmin zirzəmidə qaraj nəzərdə tutulsa da, sakinlər məcburi şəkildə avtomobillərini həyətdə saxlayırlar. Bu isə binada gediş-gəliş üçün ciddi maneələr törədir.
Sakinlər mövcud problemlə bağlı narazılıqlarını belə ifadə ediblər:
"Bizim binanın zirzəmisi layihə üzrə qarajdır, lakin girişi və çıxışı tanımadığımız kənar şəxslər tərəfindən zəbt olunub. Əgər burada yanğın hadisəsi baş verərsə, hesab edin ki, bu bina tamamilə yanacaq. Qeyri-qanuni zəbt olunmuş binanın qarajına giriş-çıxışlar boşaldılsın. Xahiş edirik, aidiyyəti qurumlardan tələb edilsin ki, bu ərazilər boşaldılsın".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər