Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının iki rəqəmliyə düşməsi və tətbiq edilən yumşalmalar bir növ qaranlıq tuneldə qəfil yanan işıq effekti verir. İnsanlar, nəhayət ki, sevinməyə başlayır və ağrılı-acılı günlərin geridə qaldığına ümid edirlər. Mütəxəssislərin fikirləri isə fərqlidir. Bəziləri vəziyyətin tədricən düzələcəyini deyir, bəziləri isə payızda baş verəcək ikinci dalğadan danışırlar.
Tanınmış oftalmoloq Paşa Qəlbinur bu barədə "Sherg.az”a münasibət bildirərkən nikbin proqnoz verib:
"Azərbaycanda ikinci dalğa olmayacaq. Buna coğrafi mövqeyimiz imkan verir. Əlbəttə, proqnozum səhv də ola bilər. Lakin mən falçı deyiləm, fikrimi elmi araşdırmalara, təcrübələrimə uyğun deyirəm. Hələ aylar əvvəl demişdim ki, koronavirusdan ən az əziyyət çəkən ölkə Azərbaycan olacaq. Proqnozumun özünü doğrultduğunu gördünüz. Payız üçün isə yaxşıya ümid edək”.
Şərhlər