Sağlamlıq 13:49 16.09.2021

"Azərbaycanda "mu" ştamı ilə yoluxma faktı qeydə alınmayıb" - ÜST

"Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasının "mu" ştamı ilə yoluxma faktı qeydə alınmayıb. "Mu" ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır".

Qaynarinfo "Report"a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, "mu" ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: "Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "mu" ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".