Respublika Narkoloji Dispanserdə ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb.
Səhiyyə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.
Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar.
Qeyd edək ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.
Şərhlər