Xəbər lenti

Azərbaycanda nazirlik işçi axtarır
Ekonomiks 10:54 04.10.2013

Azərbaycanda nazirlik işçi axtarır

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) APA-ya verilən məlumata görə, bu qurum  tərəfindən komissiyanın elan etdiyi müsabiqəyə 13 vakansiya təqdim edilib.
 
Məlumata görə, bu vakant yerlərə məxfi şöbədə aparıcı məsləhətçi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun layihələr ilə iş sektorunda baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Fondun sahibkarlığın inkişafı sektorunda aparıcı məsləhətçi, məsləhətçi, eyni zamanda RİTN-in Elektron Təhlükəsizlik Mərkəzində baş məsləhətçi (kadrlar üzrə), Mərkəzin əməliyyat sektorunda baş məsləhətçi, məsləhətçi, analiz və məsləhət sektorunda aparıcı məsləhətçi, məsləhətçi, həmçinin, beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunda baş məsləhətçi, məsləhətçi vəzifələri daxildir.
 
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün vətəndaşlar dövlət qulluğuna qəbul üçün müraciət formasını oktyabrın 4-dən noyabrın 4-ü saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə sənədlərini oktyabrın 4-dən oktyabrın 23-ü saat 18:00-dək komissiyaya təqdim etməlidirlər.
 
Müraciət forması elektron (müsabiqə üçün), şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->