Xəbər lenti

Ekonomiks 17:03 17.06.2014

Azərbaycanda qatar biletləri bahalaşdı

“Ölkəxarici səfərlər üçün gediş haqlarının qaldırılması barədə yayılan xəbərlər doğrudur. Amma bildirim ki, ölkəxarici biletlərin qiymətlərini biz tənzimləmirik”.

Qaynar.info xəbər verir ki, bunu azvision.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, yalnız ölkədaxili səfərlərin gediş haqları “Azərbaycan Dəmir Yolları” tərəfindən müəyyənləşir:

““Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür və bu Şuraya Rusiya başçılıq edir. Biletlərin qiymətini də “Rusiya Dəmir Yolları”ı tənzimləyir. Ola bilir ki, bu qiymətlər qalxır, elə də olur ki, düşür. Ölkə daxili qiymətləri isə “Azərbaycan Dəmir Yolları” tərəfindən tənzimləyir”.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?