"Artıq bir neçə aydır ki, Azərbaycan ərazisində radioların analoq yayımla paralel olaraq, həm də rəqəmsal yayımı həyata keçirilir. Ümumölkə radio kanallarının hər birinin rəqmsal yayımı mövcuddur”.
Bunu lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.
Onun sözlərinə görə, rəqəmsal radio yayımı bir paketdə-11 b tezliyində yayımlanır: "Əvvəlcə test yayımı aparılsa da, hazırda fasiləsiz yayım var. Ancaq radioları rəqəmsal yayımda dinləyənlər demək olar ki, yoxdur. Dinlənməməsinin səbəbi isə rəqəmli yayımı qəbul edən cihazların qoşulmamasıdır”.
İ.Məmmədov rəqəmli radio yayımını qəbul edən cihazların qiymət məsələsinə də aydınlıq gətirib: "İnsanlar avtomobildə cihazlarını rəqəmli yayımı qəbul etməsi üçün dəyişdirmək istəsələr 1000 manata kimi xərcləri çıxar. Adi radiolarda isə bu yayımı qəbul etmək 200 manata başa gəlir. Analoq yayım ilə rəqəmsal yayımın keyfiyyətində müəyyən qədər fərqlər var. Avropa ölkələrinin bəziləri məhz o keyfiyyətə görə rəqəmli yayıma üstünlük verir”.
Şərhlər