Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər həbs edildi
Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər saxlanılıb.
"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən "Siyaqut" şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu xüsusi karantin qaydalarını pozduqlarına görə məhkəmənin qərarı ilə hər biri inzibati qaydada 7 sutka həbs ediliblər.
Toy sahibi və məclisdə iştirak edən digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunublar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər