Xəbər lenti

Azərbaycanda saxlanılan ermənilərin qaytarılacağı vaxt açıqlandı
Siyasət 12:35 08.12.2023

Azərbaycanda saxlanılan ermənilərin qaytarılacağı vaxt açıqlandı

Azərbaycanda saxlanılan ermənilər bir neçə günə, hətta yaxın saatlarda ölkəyə qaytarılacaq.

APA "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib.

Komissiya sədri həmçinin əlavə edib ki, saxlanılanların mübadiləsi Ermənistan-Azərbaycan sərhədində baş verə bilər.

Qeyd edək ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->