Xəbər lenti

Azərbaycanda şirkət rəhbəri ildə 200 min manat maaş alır? (YENİLƏNİB)
Ekonomiks 13:33 30.07.2019

Azərbaycanda şirkət rəhbəri ildə 200 min manat maaş alır? (YENİLƏNİB)

"Azsığorta” ASC-nin mətbuat xidməti şirkət rəhbərliyini maaşları ilə bağlı xəbərə münasibət bildirib.

ASC-dən Qaynarinfo-ya verilən məlumatı təqdim edirik: 

"Qeyd edilən rəqəmlər "Azsığorta” ASC-nin rəhbərliyinin bütün il üzrə ödənişlərini əks edir. Bura məvaciblər, məzuniyyət ödənişləri və bütün vergilər və sosial müdafiə fonduna edilən ödənişlər də daxildir. Yəni, dəqiq məbləğ deyil.

Qeyd edək ki, "Azsığorta” ASC 2018-ci ili 5 milyon manata yaxın xalis mənfəətlə başa vurub. Bu qəbildən olan ödənişlər Azərbaycan maliyyə sektorunda qəbul olunmuş təcrübədir. "Azsığorta” şəffaf şirkət olaraq bütün maliyyə göstəricilərini  mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə açıqlayır".

12.22

2018-ci ildə "Azsığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri Viladi Maniyevə 195 417 manat, başqa sözlə, ayda 16 285 manat əmək haqqı ödənilib.

Qaynarinfo bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə DŞ-nın üzvü olan Ziya Talıbov isə 62 100 manat, başqa sözlə ayda 5 175 manat maaş alıb. Xatırladaq ki, o, bu ay vəzifəsini tərk edib.

"Azsığorta”nın İdarə Heyətinin (İH) sədri Anar Talıbova isə 2018-ci ildə 155 365 manat, yəni ayda 12 947 manat əmək haqqı ödənilib. Şirkətin İH-nin sədr müavini Yusif Soltanov 100 448 manat (ayda 8 371 manat), digər sədr müavini Zöhrab Şirinov isə 85 560 manat (ayda 7 130 manat) maaş alıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->