Azərbaycanda yeni qurum yaradılacaq.
Bu barədə Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov məlumat verib.
O, Aqrar siyasət komitəsinin aprelin 26-da keçirilən iclasında "Aqrar sığorta haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib ki, bu qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərəcək:
"Bu sənədin qəbulu ilə həm də ölkədə yeni qurum - Aqrar sığorta qurumu yaradılır. Özü də bu təşkilat qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərəcək.
Yəni aqrar sektorda sığorta ilə bağlı bütün məsələlər bu orqan tərəfindən tənzimlənəcək”. (oxu.az)
Şərhlər