Xəbər lenti

Azərbaycanın baş naziri
İdman 21:40 17.11.2024

Azərbaycanın baş naziri "Barselona"nın prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İspaniyanın "Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, görüşdə X.Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.

Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan "Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->