Ekonomiks 18:33 08.04.2020

Azərbaycanın nə qədər ərzaq ehtiyatı var? - RƏSMİ AÇIQLAMA

"Bu gün 3 aylıq ərzaq tədarükümüz var. Hətta özümüzü 6 aya kimi sığortalamışıq".

Qaynarinfo "Report"a istinaddən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində çalışanlara sərbəst hərəkət azadlığı da verilib: "Bu da ölkəni ərzaqla təmin edəcək. Müəyyən dalğalanma ola bilər və bu da indiki vəziyyətlə əlaqəli ola bilər".

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, ərzaq tədarükü ilə bağlı tapşırıqlar verilib: 

"Azərbaycan Respublikası tərəfindən görülən tərəfindən kompleks və qabaqlayıcı xarakter daşıyır. Hətta yanvar ayının erkən dövrlərində dövlət başçımızın rəhbərliyi və tapşırıqları altında Azərbaycan Respublikası tərəfindən bütün sahələrdə olduğu kimi, o cümlədən də ölkəmizin ərzaq tədarükü və təzchizatının müəyyən bir dövr ərzində davamlı şəkildə təchizi ilə əlaqədar zəruri tapşırıqlar verilib.

Ona görə də zəruri ehtiyatlar təmin olunmuşdur. Yenə də hər şey müqayisədə gözəldir. Biz bəzi ölkələrdə panik bir əhval-ruhiyyənin yaşanmasını, həmçinin supermarketlərdə boşluqların olması kimi halları gördük. Amma Azərbaycanda hər birimiz şahidi olduq ki, bu kimi halların heç biri baş vermədi. Bu da zəruri tədarüklərin görülməsinin nəticəsi idi".