Xəbər lenti

Azərbaycanın səfirinə cinayət işi açılıb?
Siyasət 12:13 07.03.2021

Azərbaycanın səfirinə cinayət işi açılıb?

Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanova Ukrayna prokurorluğu tərəfindən cinayət işinin açıldığı iddia olur. Bildirilir ki, buna səbəb səfirin qanunsuz olaraq Krıma səfər etməsi olub.

Lakin səfir özü xəbəri təzib edib. Modern.az-a açıqlama verən Qüdsi Osmanovla bildirib ki, heç vaxt Krımda olmayıb:

"Heç vaxt Krımda olmamışam. Söhbət Rusiya prezidenti Vladimir Putinlə birgə çəkilən şəkillərdən gedirsə, deyə bilərəm ki, o şəkil bir il bundan öncə Soçidə çəkilib. Bir şeyi anlamıram. Əgər Krıma qanunsuz səfər etmişəmsə, niyə mənə qarşı cinayət işi açılmalıdır?! Belə olan halda adım arzuolunmaz şəxslər siyahısına salına bilər”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->