Azərbaycanla Türkiyə arasında Təhsil Körpüsü: Manisafer eTwinning LayihəsiŞəhid Sərdar Denizər İmam Hatip Orta məktəbindən Habip Arvas və Gəncədəki 22 saylı tam orta məktəbdən Mehriban Hüseynovanın birgə qurduğu eTwinning layihəsi "Manisafer" şagirdlərə və onların valideynlərinə media savadlılığı, internet təhlükəsizliyi və eSafety Etiket bilikləri mövzusunda müxtəlif təlim kursları verib.
Uzaqdan təlim zamanı eSafety Label biliklərinə əsaslanan layihə iki ölkə müəllimləri arasında güclü bir təhsil körpüsü oldu.
Layihənin qurucularından olan Habip Arvas layihənin qiymətləndirilməsində məqsədlərinin eSafety Label mədəniyyətini yaymaq və beləliklə internet təhlükəsizliyi barədə məlumatlılığı artırmaq olduğunu söyləyib və sözlərinə belə davam edib: "Uzaqdan təhsil zamanı tələbələrimiz onlayn dünya ilə daha çox vaxt keçirib. Bu vəziyyətlə valideynlərimizin necə narahat olduğunun fərqindəyəm.
Ölkəmizin də üzv olduğu Avropa eSafety Label platformasının Türkiyədəki səfirlərindən biriyəm. eTwinning Manisafer layihəsini səfirlik missiyası olaraq məsul olduğum sahə olan Manisada eSafety Label mədəniyyətinin təməlini yaratmaq üçün qurduq. Layihə tələbələrimizə xarici dillərini inkişaf etdirmək və internet təhlükəsizliyi və media savadlılığı kimi mövzularda təcrübə qazanmaq imkanı verib. Valideynlərimizi işimizə cəlb edərək, uşaqlarının internet təhlükəsizliyindəki tərəqqisini yaxından izləmələrini təmin etdik. Bundan əlavə, müxtəlif mütəxəssislərlə təşkil etdiyimiz onlayn seminarlar vasitəsilə valideynlərimizin internet təhlükəsizlik mədəniyyətinə töhfə verməyə çalışdıq. Tələbələrimiz web 2.0 alətlərindən istifadə edərək rəqəmsal (digital) bacarıqlarını inkişaf etdirdilər.
Layihə müddətində tələbələrimizin etdikləri işləri bir araya gətirdik. Bir media savadlılığı terminləri lüğəti, bir internet təhlükəsizlik terminləri lüğəti, internet təhlükəsizliyi məsləhətləri kitabı, dezinformasiya, on altı sualda kiber zorakılıq, müəllif hüququ lisenziyası kitabı və rəqəmsal ayaq izləri kataloqu kimi müxtəlif məhsullar əldə etdik.
Layihəni tam başa çatdırdıqlarını bildirən Arvas layihə zamanı göstərdikləri fədakarlığa görə Manisa, Azərbaycan Gəncə və Şimali Makedoniya Üsküpdən olan tərəfdaşlara təşəkkür edib. Bu layihənin Gəncə ilə Manisa arasında möhkəm bir qardaşlığa səbəb olduğunu söyləyib.
"Türkiyədəki eTwinning layihələrinin milli direktoru Mehmet Fatih Döğer iki dövlət arasındaki bərabərliyi ilə fəaliyyət göstərməyə çağırıb. Direktorumuzun çağırışı bu layihə ilə mənalı oldu. Beləliklə, layihəm fərqli təhsil layihələrində birləşməyə xidmət etdi", - deyə Arvas bildirib.
Şərhlər