Azərbaycanlı aktyor koronavirusa yoluxduğunu təsdiqlədi

Azərbaycanlı aktyor koronavirusa yoluxduğunu təsdiqlədi

Türkiyədə koronavirusa yoluxan aktyor Yasin Həzirə səhhətilə bağlı açıqlama verib.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, martın 14-dən İstanbulda olan aktyor yollar bağlandığı üçün Bakıya qayıda bilmədiyini və virusun ona otaq yoldaşından keçdiyini bildirib:

"İki-üç gün əvvəl dostum Təranə Səmədova ilə İnstaqramda ikimiz canlı yayım açmışdıq. Orada bu məsələni dedim və səhər yuxudan oyananda gördüm ki, bütün saytlar məndən yazıb. Mənə xoş deyil və adımın belə xəbərlə çıxmasını istəməzdim.

Artıq olan olub... Bəli, mən koronavirusa yoluxmuşam. İstanbulda bir evdə qaldığım dostum 7-8 gün əvvəl qızdırma və baş ağrısıyla xəstəxanaya getmişdi. Orada analiz verib evə qayıtmışdı. 4-5 gün sonra analizin cavabı gəldi. Koronavirus pozitiv idi. Bunu dostum mənə deyəndə artıq mən də çoxdan bu virusa yoluxduğumu anladım. Çünki eyni evdə qalırıq, eyni qabdan yemək yeyir, eyni qabdan su içirik və keçirdiyi simptomların eynisi məndə də yaranmağa başladı.

Eyni klinkada analiz verdim, pozitiv çıxdı. Vəziyyətimiz ağır deyil, aradabir qızdırma olur, stabil başağrısı var və bu başağrısı heç vaxt özümdə hiss etmədiyim bir başağrısıdır. Halsızlıq, demək olar ki, yoluxandan bu yana kimi davam edir. Ciyərlərimdə və nəfəs almağımda bir problem yoxdur".

Qeyd edək ki, Yasin tamaşaçılara "Dağıntılar altında" serialından tanışdır.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR