Maqazin 12:05 31.05.2020

Azərbaycanlı aparıcı izləyicilərinə pul paylayır (FOTO)

Azərbaycanlı aparıcı sosial media üzərindən maraqlı layihə hazırlayıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Dövlət Televiziyasının aparıcısı Şaiq Ağayev sosial media üzərindən intellektual müsabiqəyə start verib.

O bu yarışmanı özünün şəxsi instagram səhifəsində təşkil edir. Aparıcı bildirib ki, karantin dövründə ərsəyə gətilirlən yarışmanın əsas məqsədi insanların asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək və maarifləndirmədir. Həftənin 3 günü,axşam saat 22:00-da canlı olaraq yayımlanan müsabiqədə instagram istifadəçilərinə müxtəlif mövzularda suallar ünvanlanır. İnstagram istifadəçiləri yarışmaya online qatılaraq müxtəlif məbləğlərdə pul mükafatı qazanmaq şansı əldə edirlər. Suallar əsasən, tarix, coğrafiya və ədəbiyyat mövzularını əhatə edir.