Xəbər lenti

Azərbaycanlı dirijor beynəlxalq müsabiqədə ikinci yeri tutub
Sənət 16:03 09.09.2018

Azərbaycanlı dirijor beynəlxalq müsabiqədə ikinci yeri tutub

Bakı Kamera Musiqi Orkestrinin və Almaniya Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimov Parisdə "Radio France", "France musique", "L'orchestre philharmonique" və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub. 

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, müsabiqənin finalında iştirak edən dörd namizəddən Fuad İbrahimov, Dmirti Filatov 2-ci yerləri tutublar. Münsiflər heyətinin rəyinə əsasən, Fuad İbrahimov və Dmitri Filatov bərabər güclü rəqiblər kimi dəyərləndirilib və onların hər ikisi 2-ci yer üzrə mükafatlandırılıb. Birinci yer üzrə isə mükafatlandırmanın olmamasına qərar verilib. Digər iki namizəd Haoran Li və Wilson NG müsabiqənin diplomu ilə təltif olunublar. 

Sonda müsabiqənin təsisçisi Marina Bouer çıxış edərək müsabiqənin tərəfdaşlarına təşəkkürünü bildirib. "Tərəfdaşlarımıza, xüsusilə də Heydər Əliyev Fonduna müsabiqənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”-deyə M. Bouer vurğulayb. 

Qeyd edək ki, Fuad İbrahimovun namizədlik dosyesi Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə təqdim olunmuşdur. O, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinə 350 namizəd arasından seçilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->