Azərbaycanlı hakerlər erməniləri təşvişə saldı:

Azərbaycanlı hakerlər erməniləri təşvişə saldı: "4-5 gündən sonra..."

Azərbaycanlı hakerlər erməniləri qorxuya salıb. "Anti-Armenia Cyber Army” haker qrupunun hazırladığı iddia olunan virusun yaxın günlərdə erməni domenində genş yayılacağı bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə kiber təhlükəsizlik mütəxəssisi Samvel Hayrapetyan məlumat verib. Onun iddiasına görə, "Windows" əməliyyat sistemlərində işləyən bir virusun telefonlarda da yayılması üçün iş gedir. 

"Azərbaycanlılardan ibarət "Anti-Armenia Cyber Army” "kiber ordusu" "Windows" əməliyyat sistemlərində işləyən bir virus yaradıb. Lkin məndə olan məlumata görə, virusun "Android" və "iOS" telefonlarda işləməsi üçün də çalışırlar. Hesablamalarıma görə, 4-5 gündən sonra virus erməni domenində yayılmağa başlayacaq" deyə Samvel Hayrapetyan bildirib.

O, iddia edib ki, hazırda virus yalnız kompüterə daxil olduqdan sonra bütün faylları (word, excel, brauzer tarixçəsi, saxlanılan login-parollar, şəkillər, videolar, qısaca hər şeyi) klonlaya bilir və bundan sonra kompüterdən "Windows"u tamamilə silir: 

"Virus elə qurulub ki, özü birbaşa kompüterə daxil olunmur, onu yalnız özünüz bilmədən yükləyib (install) kompüterə quraşdırmalısınız. Ancaq bunun necə baş verdiyini siz özünüzdə hiss etməyəcəksiniz. Mexanizm belədir: viruslar şəkillərdə gizlənib, Azərbaycan kiber ordusunun yaratdığı virusu aktivləşdirmək üçün sadəcə şəkli açmaq lazımdır. Virusun aktivləşdirilməsindən bir neçə saniyə sonra kompüteriniz yox olur. Məlumatları dəqiqələr ərzində arxivləşdirir, Azərbaycana göndərir və daxildən silir. Buna görə də mümkün qədər diqqətli olmağa çalışın. Başa düşdüyünüz kimi, bu virusun ən yaxşı versiyasıdır, virus hələ də inkişaf edir, mən o prosesi aktiv şəkildə izləyirəm və bu barədə daha çox yazacam. Ancaq birdən virusu aktivləşdirsəniz, heç bir halda kompüteri söndürməyin. İnterneti söndürün və təxminən 30 dəqiqə gözləyin. Virus, bütün proqramlarda olan adi kodla tərtib edilmiş proqramdır. Gördüyünüz kimi, bundan qorunmaq xüsusilə ofislər, xəstəxanalar, banklar, supermarketlər, digər binalar və ya arxivlər üçün hava və su qədər vacibdir".

Telman
XƏBƏRLƏR
BLOGLAR
X