Tanınmış azərbaycanlı müğənni Emma Ələkbərzadə ana olmağa hazırlaşır.
Qaynar.info-nun lent.az-a istinadən məlumatına görə, artıq bir neçə aydır ki, hamilə olan ifaçı bu xəbəri mediadan gizlədir.
Xatırladaq ki, bir neçə ay öncə telekanalların birində qonaq ifaçı ana olmaq istədiyini bu cür dilə gətirmişdi: “Bilirsiniz, 2008-ci ildən pəhrizdəyəm. İçki də içmişəm, indi isə yox. Hətta indi spirtli içkilərin qoxusunu da götürə bilmirəm. Siqaret də çəkirdim. Dörd aydır ki, onu da atmışam. Ana olmaq üçün zərərli şeylərdən uzaq durmaq lazımdır".
Qeyd edək ki, E.Ələkbərzadə 2013-ci il aprelin 8-də Çingiz Emil adlı bəylə ailə qurub.
Qaynar.info
Şərhlər