Xəbər lenti

Azərbaycanlı müğənni elçiləri bıçaqla qarşılayıb
Maqazin 21:47 19.01.2015

Azərbaycanlı müğənni elçiləri bıçaqla qarşılayıb

Müğənni Şəbnəm Tapdıq maraqlı açıqlama verib. “Düzünü desək” verilişinə qonaq olan ifaçı bildirib ki, ona bir neçə il öncə elçi gəlib: 

“Bir dəfə bizə bir nəfər gəlmişdi. Gördüm ki, atamla elçilikdən, götürüb qaçmaqdan danışır. Mən də sakitcə qapının arasından qulaq asıram. Anam da gələn qonağa çay aparıb, çay gətirirdi. Anamdan soruşdum ki, “bu, kim üçün gəlib?” Dedi ki, “Sənin üçün”. Mən də mətbəxtdən bıçaqla çıxdım, dedim ki, “bu dəqiqə qolumu kəsəcəm, çıx çölə”. Qovaladım. Mən istəməsəm, məni qaçıra bilməzlər. Bacımı qaçırdılar, məni qaçırtsalar, gedib özümü Qız qalasından ataram”. (lent.az)

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->