"Maşın şou"nun qalibi, müğənni Roza Zərgərli yenidən övladlığa uşaq götürmək niyyətindədir.
Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə "Stop” verilişində danışıb:
"Böyük oğlum Corc gələn ayın ortasında əsgərliyə gedir. O gedəndən sonra iki uşaq övladlığa götürəcəm. Biri oğlan, biri qızdır. Allah analıq nemətini mənə bir dəfə qismət etdi, sonra dada bilmədim. Həyatda bir missiyam var: anası, atası olmayan uşaqlara analıq etmək”.
Qeyd edək ki, R.Zərgərlinin Bənövşə adlı qız övladı var. O, daha bir qızı və iki oğlan uşağını övladlığa götürüb.
Şərhlər