Tanınmış ifaçı Elit Star Cəmilənin bacısı faciəvi şəkildə dünyasını dəyişib. Anspress-in məlumatına görə, 54 yaşlı Tamilla Tatarıstanda yaşayan Kazan şəhərində baş verən partlayışda yanaraq kül olub.
Cəmilə xanım açıqlamasında xəbəri təsdiqləyib: “Hələ də özümə gələ bilməmişəm. Partlayış zamanı bacım öz mağazasında olub. Bacımın meyitini 3 gün idi axtarırdılar, tapa bilmirdilər. Sən demə, bacım yanıb kül olub... Analizlərdən sonra bəlli oldu ki, mağazadakı meyit bacıma aid imiş...”
Xatırladaq ki, martın 13-də Tatarıstanın paytaxtı Kazan şəhərində “Admiral” ticarət mərkəzində partlayış baş verib. Onlarla insanın cəsədi kül olub, çoxsayda insan yaralanıb. Ölənlər arasında Elit Star Cəmilənin doğma bacısı 1961-ci il təvəllüdlü Muxtarova Tamilla Hüsü qızının da kül olmuş meyiti var. Bu gün 16:30 radələrində Kazanda dünyasını dəyişmiş azərbaycanlıların meyiti Bakıya gətirilib.
Qaynar.info
Şərhlər