"5/5"də qonaq olan Mənzurə Musayeva "bankrot" olduğunu açıqlayıb.
Xanım ifaçı Zaurun "Şəhərin 10 yerində evi var" sözləri Mənzurənin həqiqəti açıqlamasına səbəb olub.
Müğənni iki evini qurmaq istədiyi biznesə görə "batırdığını" bildirib:
"Elə bilərlər, doğurdan, mənim o qədər evim var. "Bankrot" oldum, hamısı getdi. İndi şəhərdə iki evim var. "Bankrot" olduğum üçün ikisini satmışam. Bir iş görürdüm, alınmadı. Karyer açacaqdım, o vaxt müflis oldum. Evləri satdım ki, nəsə edim, o da alınmadı". (milli.az)
Şərhlər