Xəbər lenti

Azərbaycanlı müğənninin oğlu ilə bağlı ŞOK İDDİA
Maqazin 17:34 27.03.2015

Azərbaycanlı müğənninin oğlu ilə bağlı ŞOK İDDİA

"Öz aramızda" verilişində maraqlı anlar yaşanıb. Qaynar.info atv.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Baxşəliyevin "Instagram" səhifəsinə gələn mesaj hər kəsi şoka salıb. 

Arzu Heydərova adlı qadın sosial şəbəkədə aparıcıdan kömək istəyib: "Ay oğlum mən ölürəm. Qızım 3 gündü yoxdur. Mənim uşağımın həyatını müğənni Nazəninin oğlu məhv etdi, kömək elə”.

Həmin qadın daha sonra efirə zəng edib və bildirib ki, qızı həmin müğənninin oğlundan iki aylıq hamilədir. Və müğənninin oğlu onu aldatdığı və başqası ilə evləndiyi üçün qız 3 gündür ki, evdən qaçıb.

Müğənni Nazənin axşam.az-a məsələ ilə bağlı danışıb: "Oğlum ilk həyat yoldaşından ayrılıb. Evliliyi qısa çəkdiyi üçün övladı olmayıb. İndi Astaradan tanıyıb-bildiyim bir ailənin qızı ilə evləndirmişəm. Xanımın adı Arzudur. İkinci evliliyi olduğu üçün qabartmadım, mediaya yaymadım. Oğlum subay olanda o qadının qızı ilə görüşüb. Hər subay kişi kimi Fəxrinin də qadınla görüşmək haqqı var. Qadın qızını qızuşağı kimi qələmə verməsin. Həmin qız 13 yaşında ərə gedib və mənim oğlumla görüşəndə boşanmışdı, bir oğlu da var. Fəxrinin evləndiyini eşidən gündən zəng vurub şantaj edir. Biz də Xətai Rayon Polis şöbəsinə şikayət etmişik. Qızın yazdığı mesajlar, zəng vurduğu nömrələr qalıb. O qız oğlumun ailəsini yenidən dağıtmağa çalışır, amma buna icazə verməyəcəm. O ana oğlumdan şikayət etməkdənsə, gedib qızına sahib çıxsın". 


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->