Xəbər lenti

Azərbaycanlı Rusiyada daha bir şirkətin sahibi oldu
Ekonomiks 10:02 27.06.2019

Azərbaycanlı Rusiyada daha bir şirkətin sahibi oldu

Azərbaycanlı Rusiyada daha bir iri şirkətin sahibi olub.

RBK xəbər verir ki, "Mosxoztorq” brendi altında fəaliyyət göstərən mağazalar şəbəkəsinin yeni şəriki Sofiyada qeydiyyata alınmış "Falkon Houm Distribyuşn” ASC olub.

İyunun 17-dən etibarən "MXT” MMC-nin səhmlərinin 50,5 faizi Bolqarıstan şirkətinə məxsusdur.

Bolqarıstanın şirkətlər reyestrinin məlumatına görə, "Falkon Houm Distribyuşn”ın sahibi Azərbaycan vətəndaşı Zaur Mişiyevdir.

Ötən il qeydiyyatdan keçmiş şirkət parça, mebel, ayaqqabı, aksesuar və digər məhsullların satışı ilə məşğuldur. Daha əvvəl "Mosxoztorq”un 50,5 faizi Veronika Kiryanovaya məxsus olub. İlya Polyaçkovİlya Traber hələ də müvafiq olaraq şirkətdə 39,5 və 10 faizə sahibdir.

Hazırda şirkət Moskvada 36 mağazanı idarə edir. (oxu.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->