Rusiyanın paytaxtı Moskvada SSRİ xalq rəssamı Tahir Salahovun rəssam və qalereyaçı qızı Aydan Salahovanın atasının rəsmləri oğurlanıb.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, dələduzlar A. Salahovanın atasının iki sənət əsərini oğurlayıblar. Hazırda rəsmlərin ümumi dəyəri qiymətləndirilir.
Məlumatda qeyd edilir ki, A. Salahova ötən il tanımadığı dilerlərlə atası Tahir Salahovun iki sənət əsərinin satışı ilə bağlı razılığa gəlib. Dilerlər sənət əsərlərini götürdükdən sonra Salahova ilə əlaqəni kəsiblər.
A. Salahova artıq aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət edib. Dələduzların axtarışlarlarına başlanılıb.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər