Xəbər lenti

Azercell-in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında (R)
Texnologiya 17:07 16.01.2019

Azercell-in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında (R)

Azərbaycanın mobil rabitə bazarının lideri "Azercell Telekom” MMC müştərilərin rahatlığını düşünərək, Bakı Beynəlxalq Avtovağzalında yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib. 

Yanvar ayının 15-dən etibarən abunəçilər burada bütün Azercell xidmətlərindən yararlana, nömrələr üzərində müvafiq əməliyyatlar apara, eləcə də şirkətin tarif və kampaniyaları haqqında ətraflı məlumat əldə edə biləcəklər. Həmçinin Azercell-in yeni xidmət mərkəzində yanvar ayının 15-dən etibarən 7 gün ərzində smartfon alan hər kəs 150 AZN dəyərində hədiyyə balansı əldə edəcək. 
 
Qeyd edək ki, Azercell ölkə üzrə abunəçilərə xidmət göstərən geniş şəbəkəyə malikdir. Hazırda ölkə üzrə 8 müştəri xidməti ofisi, 1 məkanda 3 növ xidmət göstərən 29 Azercell Ekspress ofisi, 4 yeni konseptli xidmət mərkəzi fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in 20 Eksklüziv mağazası, 3 Asan Mərkəzlərində xidmət göstərən məntəqəsi var. 2018-ci ildə Bakı və bölgələrdə ümumilikdə 16 yeni Eksklüziv mağaza istifadəyə verilib. Onu da bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində yenilikçi ruhu ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz abunələrinə yalnız üz-üzə deyil, həm də onlayn şəkildə xidmət göstərən Azercell müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. 
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->