Ölkənin aparıcı mobil operatoru "Milli və müasir" rəqəmsal muzeyini təqdim edir
Azercell milli dəyərlərimizi müasir texnologiyalar vasitəsilə yaşatmaq, onları geniş auditoriyaya tanıtmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə "Milli və müasir" rəqəmsal muzeyi layihəsini təqdim edir. Bu innovativ təşəbbüs sənət və texnologiyanı birləşdirərək şirkətin hər iki sahəyə olan dəstəyini bir daha vurğulayır.
Unikal layihə çərçivəsində Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirən 15-dən çox rəqəmsal incəsənət nümunəsi "Milli və müasir" muzeyində artıq nümayiş olunur. Bu məzmun ənənəvi təsvir və muzeylərdən tutmuş film və teatr tamaşalarına qədər milli mədəni irsin geniş spektrini özündə birləşdirir. Süni İntellekt (AI) və Kompüterlə Yaradılmış Görüntülər (CGI) kimi qabaqcıl texnologiyalar vasitəsilə hazırlanan məzmun Azərbaycan mədəniyyətinə müasir baxış qazandırır. Platformada təqdim edilən rəqəmsal məzmunun daha da genişləndirilməsi nəzərdə tutulur.
Layihə haqqında daha çox məlumat əldə etmək, müxtəlif müsabiqələrə qoşulmaq və hədiyyələr qazanmaq üçün Azercell-in Instagram səhifəsini izləyin.
#MilliVəMüasir
Şərhlər