Xəbər lenti

Foto 15:58 22.10.2021

“Azəriqaz” “Açıq Qapı” layihəsinə start verdi (FOTOLAR)

"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media nümayəndələri ilə görüş keçirib.

Qaynarinfo xbər verir ki, dövrü mətbuatla əlaqələrin daha açıq, şəffaf və operativ qurulması üçün Birlik bu gündən etibarən "Açıq qapı” aksiyasına start verib.
 
Aksiya hər həftənin 5-ci günü saat 10:00-dan 12:00-a qədər baş tutacaq. "Açıq qapı”da iştirak etmək könüllüdür. Yəni, istənilən mətbuat nümayəndəsinə suallarına cavab almaq imkanı yaradılır. Aksiyanın keçirilməsində əsas məqsəd, yanlış məlumatların cəmiyyətə inteqrasiyasının qarşısını almaq, ictimai fikrin çaşdırılmasına imkan verməməkdir. Görüş zamanı "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media nümayəndələrini qaz təchizatı ilə bağlı maraqlandıran sualları cavablandırıb. Baş direktor bu cür aksiyaların mütamadi olaraq keçirilməsinin vacib olduğunu bildirib və media nümayəndələrini hər həftənin 5-ci günü "Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, "Açıq qapı” aksiyası "Azəriqaz” İB-nin inzibati binasında təşkil olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?