Xəbər lenti

“Azəriqaz” Qaradağ və Nəsimidə təmir-tikinti prosesini davam etdirir (FOTOLAR)
Foto 17:31 19.04.2021

“Azəriqaz” Qaradağ və Nəsimidə təmir-tikinti prosesini davam etdirir (FOTOLAR)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci il payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, görülən işlər çərçivəsində daha bir ərazidə 8 min abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.

Belə ki, Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən istismar müddəti başa çatmış qaz kəməri yenisi ilə əvəz edilir. İşin həcmi böyük olduğundan əraziyə çox sayda işçi qüvvəsi, maşın-mexanizmlər cəlb olunub. Diametri 325 mm olan 500 metr uzunluğunda yeni qaz xəttinin çəkilişinin aprel ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Bu gecə Nəsimi rayonu ərazisində Kövkəb Səfərəliyeva küçəsinin digər küçələrlə kəsişməsində iş davam etdirilib.

"Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin işçiləri aprel ayının 19-da gecə 00:00-dan etibarən səhər saatlarına qədər fasiləsiz şəkildə iş başında olublar. 28 May küçəsində yol qazılaraq yeni polietilen qaz kəməri yeraltına salınmaqla qaz təchizatının vaxtında bərpası nəzərdə tutulurdu. Lakin qazıntı aparılarkən müxtəlif formada maneələr ortalığa çıxıb. Birliyin əməkdaşları armatur arakəsmələr aşkarlandığı üçün qazıntının yerini dəyişməyə məcbur qalıb. Təxirəsalınmaz tədbirlər görülməklə iş başa çatdırılıb və hazırda qeyd edilən ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->