Xəbər lenti

Video 23:52 26.05.2018

"Azəriqaz"dan xəbərdarlıq: sayğaclara müdaxilə təhlükələrə yola aça bilər (VİDEO)

Bəzən vətəndaşlar qaz sayğaclarının çıxışında olan tənzimləyiciləri çıxarır və yaxud da digər vasitələrə əl atırlar.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi isə vətandaşlara xəbərdarlıq edir.

Qeyd olunur ki, qaz cihazlarına quraşdırılmış tənzimləyicilərin özbaşına ləgv edilməsi istehlakçılar üçün ciddi təhlükələrə yol açır.

"Azəriqaz" İstehsalat Birliyindən bildirilir ki, qaz şəbəkəsinə bu cür müdaxilələr yolverilməzdir və ağır nəticələrə gətirib çıxara bilər.

Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayevin sözlərinə görə, həmin tənzimləyicilər xətdəki qazın stabilliyini təmin etmək məqsədi daşıyır. Bu cihazın çıxarılması və ya ona hər hansı bir müdaxilə qaz sızması ilə nəticələnən həyati təhlükələrə səbəb ola bilər.

İbrahim Kərbalayev deyir ki, hətta mənzilin daxilində qaz xətinin və cihazlarının yerdəyişməsini də özbaşına həyata keçirmək olmaz.

O bildirir ki, ümumiyyətlə, uşaqların və məlumatı olmayan şəxslərin təbii qazdan istifadəsinə icazə vermək olmaz.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?