Xəbər lenti

Ölkə 17:51 30.07.2020

"Azərsu" ASC-nin əməkdaşı iş başında faciəvi şəkildə öldü

Bakının Suraxanı rayonunun ərazisində "Azərsu” ASC-nin 1962-ci il təvəllüdlü əməkdaşı Şakir Paşayevin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

29 iyul saat 16:00 radələrində Hövsan qəsəbəsində kanalizasiya quyusu qazılarkən torpaq sürüşməsi baş verib. Nəticədə, Ş.Paşayev torpaq dağıntıları altında qalaraq vəfat edib.

Fakt rayon prokurorluğu tərəfindən araşdırılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->