Xəbər lenti

Azərbaycanda rəngli nəqliyyat vasitələrinə niyə maraq yoxdur? (VİDEO)
Ekonomiks 23:28 09.06.2024

Azərbaycanda rəngli nəqliyyat vasitələrinə niyə maraq yoxdur? (VİDEO)

Rənglər avtomobillərin qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Xezerxeber.az xəbər verir ki, bazarda bəzi rəngli avtomobillərin satışı kəskin azalıb.

Avtomobil bazarı üzrə araşdırmaçı Sərxan Qədirov bildirib ki, alıcılar daha çox ağ və qara maşınlara üstünlük verirlər.

Onun sözlərinə görə, tünd və gümüşü rəngdə olan maşınlara isə maraq elə də böyük deyil. Koreya istehsalı olan avtomobillərdə ən çox tələb olunan və satılan nəqliyyat vasitələri ağ, qara və göy rəngdə olanlardır.

Sərxan Qədirovun sözlərinə görə, elə avtomobillər var ki, qırmızı rəngdə olduğu üçün 19 min manata təklif olunur. Amma digər rənglərdə olsaydı, həmin nəqliyyat vasitəsini 2 min, 2 min 500 manat yuxarı qiymətə satmaq mümkündür.

Ekspert əlavə edib ki, taksi fəaliyyəti ilə bağlı verilən yeni qərarlar hələ ki qırmızı rəngdə olan avtombillərin satışına ciddi təsir göstərmir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->